Qanunlarda “əlil” ifadəsindən istifadənin başqa bir ifadə ilə əvəz olunması təklif olunub.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“Son vaxtlar “əlil” və müxtəlif ifadələrdən çox da istifadə olunmur. Yəni daha çox “sağlamlıq imkanları məhdud” ifadəsi geniş istifadə olunur. Ona görə də bizim digər qanunlarda da yavaş-yavaş “əlilliyi olan” ifadələrini mərhələli şəkildə çıxarmaq barədə düşünməliyik. Bu, artıq beynəlxalq termində də fərqli bir formada özünü göstərir. Gələcəkdə biz bunu bir çox qanunlarda etmişik, digərlərində də bu ifadələrin dəyişdirilməsini düşünməliyik”, - deputat söyləyib.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər