Əlisəmid Kürün vəziyyəti ağırlaşdı

elisemid-kurun-veziyyeti-agirlasdi
Oxunma sayı: 2320

Şair Əlisəmid Kürün vəziyyəti ağırlaşıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Report”a şairin ailəsi məlumat verib.

Bildirilib ki, həkimlər əlindən gələni etsə də, onun səhhətində heç bir irəliləyiş olmayıb:

“Ona görə də belə qərara gəldik ki, evə aparaq. Hazırda evdədir və vəziyyəti ağırdır”.

Xatırladaq ki, Əlisəmid Kür sentyabrın 15-dən səhhətində yaranan problemlərə görə Respublika Diaqnostika Mərkəzinin reanimasiyasına yerləşdirilmişdi.