“Əliyevin dəfnində Kərimov iştirak etməyib” - “BBC” nin diqqətsizliyi

eliyevin-defninde-kerimov-istirak-etmeyib
Oxunma sayı: 10414

Özbəkistan prezidenti İslam Kərimovun ölüm xəbərindən sonra “BBC Azərbaycanca” saytında "Bakıdan dəfnə kim gedəcək?" başlıqlı yazıda adı açıqlamayan diplomata istinadən bəzi məlumatlar yer alıb.

Qeyd olunur ki, nə qədər ki Özbəkistan hökuməti ölkə prezidentinin vəfatı xəbərlərini rəsmən təsdiq etməyib, Azərbaycanın başsağlığı verməsi doğru olmazdı.

Adının çəkilməsini istəməyən diplomat bildirib: "Ölüm xəbəri rəsmən təsdiqlənməyib. Hətta Özbəkistanın dövlət müstəqilliyi günü ilə bağlı xarici ölkələrdə keçirilməsi gözlənilən rəsmi mərasimlər də ləğv olunmayıb və Azərbaycan diplomatları da o mərasimlərə qatılmaları ilə bağlı tapşırıq aliblar. Ona görə də bununla bağlı heç bir proqram məlum deyil", mənbə bildirib.

"Ölüm xəbərinin rəsmən təsdiq olunmasından sonra dəfn mərasimində Azərbaycan hansı səviyyədə təmsiil olunacaq" sualına bununla bağlı hələ ki, qərar verilməsə də, diplomat xatırladıb ki, 2003-cü ildə prezident Heydər Əliyev vəfat edərkən dəfn mərasimində "Özbəkistan, prezident İslam Kərimov səviyyəsində təmsil olunmuşdu".

Qafqazinfo”nun apardığı kiçik araşdırma ilə məlum oldu ki, 2003-cü ildə Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin dəfn mərasimində İslam Kərimov iştirak etməyib. Özbəkistan yalnız baş nazirin müavini səviyyəsində burada təmsil olunub.