“Əliyevlə ikitərəfli əlaqələrimizi nəzərdən keçirdik” - Türkiyə Prezidenti

“Əliyevlə ikitərəfli əlaqələrimizi nəzərdən keçirdik”
Oxunma sayı: 760

“Səfərim zamanı cənab Əliyevlə mükəmməl səviyyədə olan ikitərəfli əlaqələrimizi və Qarabağ zəfərindən sonra bölgəmizdəki vəziyyəti nəzərdən keçirdik”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

“Heyətimdəki nazir dostlarım da həmkarları ilə önümüzdəki dönəmə dair əməkdaşlığımızı gücləndirəcək məhsuldar görüşlər keçirdilər.

Qarabağın nəqliyyat bağlantılarının qurulması, şəhərləşməsi və istehsal dünyası ilə yenidən bütövləşməsi yolunda dəstəklərimiz davam edəcək.

Əkin ərazilərinin bərpası üçün əlaqədar qurumlarımız, şirkətlərimizlə birgə azərbaycanlı həmkarları ilə birgə fəaliyyətlərini davam etdirəcəklər.

Beləcə, azərbaycanlı qardaşlarımızın illərlə həsrətini çəkdikləri ata yurdlarına bir an öncə qovuşmalarına töhfə verəcəyik”, - Ərdoğan qeyd edib.