Elnur Azadxanov Cəlilabad xəstəxanasına da baş direktor təyin olundu

elnur-azadxanov-celilabad-xestexanasina-da-bas-direktor-teyin-olundu
Oxunma sayı: 8797

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında yeni kadr təyinatı olub.

"Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı əmr imzalayıb.

Əmrə əsasən, İlhаm Əliyev Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının baş direktoru vəzifəsindən azad edilib. Onun yerinə isə Azadxanov Elnur Ramazan oğlu təyinat alıb.

Qeyd edək ki, E.Azadxanov ötən ay “Astara Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə direktor vəzifəsinə təyin olunmuşdu.

Xatırladaq ki, Cəlilabad Rayon Mərkəzi Xəstəxanası koronavirus şübhəli xəstələrin yerləşdirildiyi karantin bölgə kimi istifadə olunan səhiyyə müəssisələrindən biridir.