Elşad Abdullayevin Sevinclə şok telefon danışığı - Audio

elsad-abdullayevin-sevincle-sok-telefon-danisigi-audio
Oxunma sayı: 683

Amma A.Məmmədov audio yazını redaksiyamıza yolladı. 26 dəqiqəlik telefon danışığının qısa hissəsi az öncə yayımlansa da, hazırda tam versiyası yayılıb. Söhbətin əsas motivi E.Abdullayevdən alınıb qaytarılmayan pullarla bağlıdır.

Müzakirə S.Babayevanın izahatı ilə başlanır. O, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə görüşəcəyini, onun “komanda”sından sonra sabiq rektorun işinin həll olunacağını deyir. Gülər Əhmədovanın vəziyyətinin ağır olduğunu deyən S.Babayeva onun bu günlərdə bir nəfəri aldatdığını da vurğulayır: “O adam da Vilayət Eyvazovun (daxili işlər nazirinin müavini-red.) yanına gedib. Adam deyib ki, alçaq adamdır, amma sübut lazımdır. Toxunulmazlığı var...”
S.Babayeva söhbət zamanı E.Abdullayevi inandırmağa çalışır ki, artıq G.Əhmədovanın əvvəlki nüfuzu yoxdur. Oğlunun maşınla qəzaya yol verdiyini deyən S.Babayeva heç kimin ona kömək etmədiyini də bildirib: “Oğlunu məhkəməyə verdilər. Gülər bu oyunda ”iqrok"a çevrilmək istədi, alınmadı. Ona dəfələrlə dedim ki, pulunu qaytar. Deyir əcəb eləmişəm, pul məndə deyil, yiyəsindədir, onun yiyəsi bilməlidir ki, bu nə iş görür".

“Prezidentin başının üstündən işlər görürlər. Yazıq prezident, xəbəri yoxdur”, deyən S.Babayeva G.Əhmədovanın E.Abdullayevə qəzəbləndiyini də bildirir: “Qardaşının qayınatasını işdən çıxarmısan deyə lap dəli olub. Sənin üstünə gəlmək istəyirdi”.

E.Abdullayev bu hədəyə G.Əhmədovaya ünvanlanmış bir söyüşlə cavab verir. S.Babayeva isə onu inandırmaq üçün G.Əhmədovanın ailə durumu ilə bağlı detallı bilgilər verir: “Gülərin gömrükdə işləyən qardaşı Vüqar deyir ki, bacım hələ də evində rahat yata bilirmi. Deyirəm yatır da. Qorxusundan oğlanlarını çıxarır şəhərdən. Qotur bir bacısı var. Sutenyor kimi göndərir kişilərin yanına. "Nissan" firmasından maşın alıb, 4 min manat verməlidir, onu vermir. Ora da 4 min atıb".

Söhbət zamanı E.Abdullayev bir neçə dəfə S.Babayevaya xəbərdarlıq edir ki, G.Əhmədova onu öldürtdürə bilər. S.Babayeva isə öz növbəsində güc nazirliklərinə bu barədə ərizə yazdığını, hamını bundan xəbərdar etdiyini deyir: “MTN-ə ərizə ilə müraciət etmişəm. Yazmışam ki, kimsə pul yeməlidir, mən niyə arada qalmalıyam. Sən küçədən keçən deyilsən ki, pulunu atsın, qaytarmasın”.

Ardınca S.Babayeva G.Əhmədova ilə bağlı daha əsəbi tonda danışır. “Avtobus sürücüsünün qızını adam edəndə belə olar” deyən S.Babayeva keçmiş rəfiqəsinin qorxaq olduğunu da vurğulayır: “Bu, bloka girəndə də qorxur. Qorxağın yekəsidir. O elə bilir ki, Ramiz Mehdiyevə heç kim çıxmayacaq. Dedim pulunu qaytarmırsınız, nazir müavinləri, komitə sədrlərinin yeri boşalıb, get bunu bir yerə düzəlt. O variantı da demişəm ona. Görürəm nəticəsi yoxdur. Sonra da demişəm, özünü yox, ailəsindən bir nəfəri işə qoy”.
Dialoq sonra belə davam edir:
E.Abdullayev: - Sabah gəlib deyər səndən pul almışam? Sənə hər şey edər.
S.Babayeva: - Mən iki dənə generala düşmüşəm. Onun kürəkəni, qızı ilə danışmışam. Erməni şeydir, qaçar burdan. Bu, təsdiq olunub ki, “atanşik”dir. KQB-dən bir nəfərə də atıblar.
E.Abdullayev: - Səni vurub öldürəndən sonra ərizəyə baxan kimdir?
S.Babayeva: - Bunun haqqında demişəm ki, Gülərin nənəsi ermənidir, qanı təmiz deyil. Ata nənəsi ermənidir. Şuşanikdir adı. Bu, pis adamdır. Mən hamıya danışmışam.
E.Abdullayev: - Bunu görüşdüyün adamlara da deyə bilərsən?
S.Babayeva: - Mən o qadından qorxuram bəyəm? Mən elmlər namizədi, iki institut qurtarmışam, deputat ola bilmədim. Amma o, APİ Lenini qurtarıb, heç aspirant da ola bilmir. Avtobus şoferi, konduktor qızı necə deputat, ailə olub? “Falşivi” ailədir bunlar. Bu neynib ki, iqtidara seçib? Müxalifətçidən xəbər gətirir.

S.Babayeva G.Əhmədova ilə münasibətlərinin pis olmasının səbəblərinə də toxunur. Deyir ki, deputat onun haqqında hardasa xoşagəlməz sözlər danışdığı üçün araları dəyib: “Oğlunu "narxoz"a qoymalı idim. Pulunu verdim, dedim get. Ərim xərçəngdir, deyir hamısı buna acısın. Dünən çıxıb ANS-ə namusdan-qeyrətdən danışır. İki qardaşının işi prokurorluqdadır. İki qızı bədbəxt edib, işi prokurorluqdadır. Ac adamdır, bilir ki, bu il deputatlıqda sonuncu ilidir. Ona görə kimdən nə gəldi qoparır".
E.Abdullayev yenə də S.Babayevaya “həyatı ilə çiling-ağac oynadığı üçün” xəbərdarlıq edir. S.Babayeva isə G.Əhmədova barədə danışmaqda davam edir. Onun bu qədər pul yığsa da heç də yaxşı yaşamadığını, həyat yoldaşı ilə istirahət etmək üçün putyovka düzəltdiyi halda cəmi 10 gün istirahət edib qayıtdığını deyir. S.Babayeva müxalifət qəzetlərindən birinin də (adını çəkir) G.Əhmədovaya işlədiyini iddia edir. /musavat.com/