ATV kanalında yayımlanan “Ulduzlu yayım” proqramı Əməkdar artist Elza Seyidcahanın anasının yaşadığı evdən çəkiliş edib.
“Qafqazinfo” xəbər verir ki, bəstəkar-müğənninin təxəllüs götürdüyü anası Seyidcahan xanım aparıcı Günay Firudunqızının suallarını cavablandırıb.
O, “Kubinka” söküldükdən sonra bu evə köçdüyünü, evinin təmirə ehtiyac olduğunu bildirib: “Evim plana düşdü, indi burada yaşayıram. Evi bu cür almışıq, qızlarım təmir etdirəcək. Özüm işləmirəm, təqaüdçüyəm”. Aparıcı isə mənzilin hasarsız olduğunu qeyd edib.
Əməkdar artistin anası daha sonra müsahibə vermək istəmədiyini deyib.



Son xəbərlər
Son Xəbərlər