Əməkdar artist olan ifaçı - “Eşidəndə inanmadım”

emekdar-artist-olan-ifaci
Oxunma sayı: 7520


Xəbər verdiyimiz kimi, Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Onların sırasında muğam ifaçısı Bəyimxanım Vəliyevanın da adı var. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə, əməkdar artist fəxri adına layiq görülən ifaçı sevincini media nümayəndələri ilə bölüşüb:
“Bu xəbəri eşidəndə inanmadım. Hər bir sənətçi üçün bundan böyük sevinc, güc və stimul ola bilməz. Məsuliyyətim daha da artdı. Mən Dövlət başçımız İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, Mədəniyyət və Turizm Naziri Əbülfəz Qarayevə və sənətimə qiymət verən hər kəsə sonsuz təşəkkürümü bildirirəm. Bütün ad alan sənət yoldaşlarımı da təbrik edirəm”.

Onu da vurğulayaq ki, Bəyimxanım Vəliyeva bu tədris ilindən etibarən Azərbaycan Milli Konservatoriyasında müəllim kimi çalışacaq.