“Əməkqabiliyyətli insanın sıradan çıxması bizə 3 milyon zərər vurur”

emekqabiliyyetli-insanin-siradan-cixmasi-bize-3-milyon-zerer-vurur
Oxunma sayı: 1895

“Azərbaycanda əməkqabiliyyətli insanın sıradan çıxması bütün ömür boyu iqtisadiyyatımıza təxminən 3 milyon manat zərər vurur”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentdə keçirilən ictimai dinləmədə deyib.

Komitə sədri bildirib ki, bir insanın əmək qabiliyyətini qismən itirməsi isə iqtisadiyyata 1 milyon manat ziyan vurur: “Azərbaycanda əməkqabiliyyətli insanların orta ömür müddətinin uzanması ölkə iqtisadiyyatı üçün çox vacibdir”.

Zaur Mirzə