Əməliyyat olunan millimizin üzvünün durumu necədir?

emeliyyat-olunan-millimizin-uzvunun-durumu-necedir
Oxunma sayı: 1501

“Xarı Bülbül” klubunun baş məşqçisi Ziya Rəcəbov ötən gün daxili qanaxma ilə xəstəxanaya çatdırılan voleybolçusu Tural Həsənlinin vəziyyətindən danışıb.

“Qafqazinfo”ya açıqlama verən çalışdırıcı Azərbaycan yığmasının üzvünün hazırda reanimasiyada olduğunu bildirib: 

“Gecə saat 4-də əməliyyat bitdi. Əsas məsələ qanaxmanı dayandırmaq idi. Çox çətin oldu, amma həkimlər bunu bacardılar. Hazırda reanimasiyadadır. Nəzarətdə saxlanılır”. 

Qeyd edək ki, 33 yaşlı oyunçunun “Panatinaikos”a qarşı Çelenc Kubokunun 1/16 final mərhələsinin Yunanıstandakı cavab oyunu ərəfəsində səhhətində problem yaranıb.