Emin Əmrullayev İSESKO-nun baş direktoru ilə görüşdü

emin-emrullayev-isesko-nun-bas-direktoru-ile-gorusdu
Oxunma sayı: 674

21-ci Dünya Təhsil Forumu çərçivəsində elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin əməkdaşlıq görüşləri davam edir.

“Qafqazinfo” xəbər verir ki, nümayəndə heyəti İSESKO-nun baş direktoru Səlim bin Məhəmməd Əl-Malik və Təhsil sektorunun rəhbəri Haddy Jatou Sey ilə görüşüb.

Görüşdə elm və təhsil sahələrində mövcud əməkdaşlıq məsələləri müzakirə olunub, bu istiqamətlərdə birgə təşəbbüslərin genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.