Emin Əmrullayevin Gədəbəydəki vətəndaş qəbulunun vaxtı dəyişdirildi

emin-emrullayevin-gedebeydeki-vetendas-qebulunun-vaxti-deyisdirildi
Oxunma sayı: 719

Elm və təhsil naziri Emin Əmrullayevin sentyabrın 26-da Gədəbəy şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb. 

Bildirilib ki, qəbulun tarixi barədə əlavə məlumat veriləcək. 

Qəbulda Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa, Qazax sakinlərinin iştirakı nəzərdə tutulub. 

Qeyd edək ki, qəbulda yalnız müvafiq qaydada müraciət etmiş şəxslər iştirak edəcəklər.