Ər 29 yaşlı arvadını öldürdü - Ailə faciəsi

er-29-yasli-arvadini-oldurdu
Oxunma sayı: 8791

Cəlilabadda qətl hadisəsi qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, rayon sakini 1983-cü il təvəllüdlü Abıyev Anar Hazarxan oğlu həyat yoldaşı 1986- ci il təvəllüdlü Abasova Təranə Saməddin qızına ailə münaqişəsi zəminində çoxsaylı bıçaq xəsarətlər yetirib.

Qadın aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Qətli törədən Anar Abıyev polis tərəfindən saxlanıb.

Qeyd edək ki, bir neçə ildir ailəli olan cütlüyün bu nikahdan iki övladı var.

Hazırda faktla bağlı Cəlilabad rayon prokurorluğunda CM-nin 120. 1, yəni qəsdən adam öldürmə maddəsi üzrə cinayət işi açılıb, istintaq davam edir.

Azər