Ərdoğan Baydenlə görüşdə hansı sualları verəcəyini açıqladı

erdogan-baydenle-gorusde-hansi-suallari-vereceyini-aciqladi
Oxunma sayı: 2522

“ABŞ Prezidenti Co Baydenlə görüşəndə ondan Türkiyə-ABŞ münasibətlərinin niyə gərgin olduğunu soruşacağıq”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT-nin efirində jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Sizdən əvvəlki demokratlarla - Buş və Obama ilə işlədik. Amma onlarla belə bir gərginlik yaşamadıq. Ardından respublikaçı Trampla işlədik. Onunla da heç bir gərginlik qeydə alınmadı.

Əksinə, çox rahat idik. Cənab Baydenlə, təəssüf ki, görüş trafikimiz rahat olmadı. İndi NATO  Zirvəsində bir araya gələcəyik. Bunları müzakirə edəcəyik”, - Ərdoğan qeyd edib.