Ərdoğan bu gün Qazaxıstana gedir

erdogan-bu-gun-qazaxistana-gedir
Oxunma sayı: 1611

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Qazaxıstana rəsmi səfərə yollanacaq.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, Türkiyə lideri Astanada Türk Dövlətləri Təşkilatının X Zirvə görüşündə iştirak edəcək. 

Ərdoğanın Qazaxıstanda ikitərəfli görüşlər keçirəcəyi də gözlənilir. Onun Astanaya səfəri 2 gün davam edəcək.