“Hizmet” hərəkatının lideri, hazırda ABŞ-da yaşayan Fətullah Gülən jurnalistlər üçün mətbuat konfransı keçirib.
“Qafqazinfo” xəbər verir ki, o, növbəti dəfə Türkiyədəki hərbi çevrilişə cəhddə adının hallahmasına münasibət bildirib. Gülən qeyd edib ki, bu iddialar tamamilə əsassızdır.
Gülən jurnalistin “Bir vaxtlar müttəfiqiniz olan Ərdoğana hər hansı mesajınız varmı?” sualına cavab verib:
“Heç mən özüm qulaq asmadım, amma qulaq asan dostlarım dedi ki, işin əsl üzü bəlli olmadan Ərdoğan məsələni bizim üstümüzə yıxıb. O, iki gündür acı-acı danışır. Buna görə də ən gözəl mesajlarımı belə göndərmək istəmirəm. Allah ona da, mənə də istiqamət göstərsin”.
Həmin mətbuat konfransının videosunu təqdim edirik:
Son xəbərlər
Son Xəbərlər