Ərdoğan Şarl Mişellə danışdı

erdogan-sarl-miselle-danisdi
Oxunma sayı: 1109

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığı aparıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Türkiyə Prezident Administirasiyası məlumat yayıb.

Danışıq zamanı Şarl Mişel Ərdoğanı yenidən prezident seçilməsi münasibətilə təbrik edib.

Regional məsələlərin də müzakirə olunduğu danışıqda Ərdoğan Türkiyənin Avropa üçün böyük strateji dəyəri olan Aİ-yə tamhüquqlu üzvlüyünə uyğun olaraq konkret və müsbət gündəmlə bütün səviyyələrdə təmasların artırılmasının vacibliyini bildirib.