Ərdoğan yağışda islanan jurnalistə ayaqqabı hədiyyə etdi - Video

erdogan-yagisda-islanan-jurnaliste-ayaqqabi-hediyye-etdi
Oxunma sayı: 4779

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Finlandiya Prezidenti Sauli Niinisto ilə paytaxt Ankarada görüşü zamanı maraqlı anlar yaşanıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, mərasimdə islanan fin jurnalistlərdən biri Prezident Ərdoğanın diqqətini çəkib.

Ərdoğan şəxsi katibi Həsən Doğana jurnalistə ayaqqabı hədiyyə etməsini deyib.

Prezident Ərdoğan mərasimdən sonra jurnalistlə yenidən görüşüb.