Xəbər verdiyimiz kimi, Ankarada “Külliye” Prezident Sarayında Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlama mərasimi keçirilir.
“Qafqazinfo” xəbər verir ki, Ankarada baş tutan mərasimdə Ərdoğan yeni hökumətin ilk iclasının keçiriləcəyi tarixi açıqlayıb.
Onun sözlərinə görə, gələn həftənin ikinci günü yeni hökumətin birinci iclası keçiriləcək.
Eyni zamanda bir azdan Ərdoğan yeni kabinetin tərkibini açıqlayacaq.
Qeyd edək ki, mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak edir.