Ərdoğanın çıxışını masaya əl vuraraq alqışladılar - Video

erdoganin-cixisini-masaya-el-vuraraq-alqisladilar
Oxunma sayı: 3099

Dünən Pakistanda rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həmin ölkənin parlamentində çıxış edib.

“Qafqazinfo” “Haberler”ə istinadən xəbər verir ki, Türkiyə-Pakistan dostluğundan bəhs edən Ərdoğanın sözləri əllərini masaya vuran parlament üzvləri tərəfindən tez-tez kəsilib.

Məlum olub ki, bu hərəkət Pakistan mədəniyyətində alqışlamaq mənasını ifadə edir.