Ərdoğanın prezidentliyə namizədliyi rəsmən irəli sürüldü - Yenilənib

erdoganin-prezidentliye-namizedliyi-resmen-ireli-suruldu
Oxunma sayı: 3782

11:50

Bu gün Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Milliyətçi Hərəkat Partiyası (MHP) Rəcəb Tayyib Ərdoğanın yenidən prezidentliyə namizədliyi ilə bağlı ölkənin Ali Seçki Şurasına müraciət edəcək.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, müraciət Bakı vaxtı ilə 16:00-da ünvanlanacaq. 

Xatırladaq ki, martın 16-sı AKP-nin Parlament Qrupu Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizədliyinin irəli sürülməsinə qərar verib. Türkiyədə prezident seçkiləri mayın 14-ü keçiriləcək.

16:31

AKP və MHP Ərdoğanın prezidentliyə namizədliyi ilə bağlı Ali Seçki Şurasına müraciət edib.