Ərdoğanın qəzaya düşən mühafizəçilərindən biri də öldü

erdoganin-qezaya-dusen-muhafizecilerinden-biri-de-oldu
Oxunma sayı: 2459

Xəbər verdiyimiz kimi, dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mühafizə xidmətinin əməkdaşları Şırnak şəhərində yol qəzası keçirib. 

“Qafqazinfo”nun “TRT Haber”ə istinadən məlumatına görə, qəza nəticəsində yaralanan polis əməkdaşlarından daha biri dünyasını dəyişib.

Məlumata görə, polis İlker Duranın həyatını xilas etmək mümkün olmayıb.

Bununla da qəza zamanı həlak olan polislərin sayı ikiyə çatıb. Belə ki, dünən qəza nəticəsində polis Fırat Dere həlak olub, daha 2 nəfər isə yaralanıb.