Bu gün Aşqabadda Beynəlxalq Neytrallıq Günü və Türkmənistanın daimi neytrallığının 30 illiyinə həsr olunmuş beynəlxalq forum keçirilir.
“Qafqazinfo” xəbər verir ki, forumda bir neçə ölkənin dövlət və hökumət başçıları iştirak edir.
Tədbirə qatılan liderlər həmçinin ikitərəfli görüşlər keçirib.
Bununla yanaşı, sosial şəbəkələrdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya lideri Vladimir Putin, Pakistan Baş naziri Şahbaz Şərif və Qırğızıstan dövlət başçısı Sadır Japarovun forum çərçivəsində çay süfrəsi arxasında səmimi söhbətinin görüntüləri yayılıb.
Liderlər arasında müzakirələrin kadrları sosial şəbəkələrdə maraqla qarşılanıb.
Həmin görüntüləri təqdim edirik:
Son xəbərlər
Son Xəbərlər