İngiltərənin “Mançester Yunayted” klubunun Karrinqtondakı təlim-məşq mərkəzində komandanın məşqlərini gizlətmək və oyunçuları əlverişsiz havadan qorumaq üçün nəhəng ağ divar tikilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Bildirilib ki, divar “qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haqın xahişi ilə tikilib. Bu, kluba 200 min funt-sterlinqə başa gəlib.
Əvvəllər xərclərin azaldılması səbəbindən 250 nəfərin işdən çıxarılmasından sonra inşa olunan divarın dəyəri klub əməkdaşlarında çaşqınlıq yaradıb.
Qeyd edək ki, “Mançester Yunayted” İngiltərə Premyer Liqasında 7 turdan sonra 8 xalla 14-cü yerdə qərarlaşıb.