“Ərimin barmağını laqonda kəsib”

erimin-barmagini-laqonda-kesib
Oxunma sayı: 4481

Aşıq Zülfiyyə İbadovanın həyat yoldaşı Sakitin barmağını elektrik cihazı (laqonda) kəsib. “Qafqazinfo” xəbər verir ki, sənətçi bu barədə “5-də 5” proqramında məlumat verib.

Aşıq qeyd edib ki, əri ev təmiri görən zaman baş barmağından ciddi zədə alıb: “Həyat yoldaşımın baş barmağını laqonda kəsib. Əslində hər şeyi bacarır. Evdə iş var idi, dedim ki, bir usta gətir, bacarmayacaqsan. Məhəl qoymadı. Nərdivan aşdı, əli kəsildi. İndi barmağını gipsə qoyublar”.