Erməni general saxlanıldı

ermeni-general-saxlanildi
Oxunma sayı: 3333

Ermənistanın Kotayk vilayətində atışma olub.

“Qafqazinfo” “Armlur” nəşrinə istinadən xəbər verir ki, atəş açan şəxs Ermənistan Baş Qərargah rəisinin sabiq müavini Tiran Xaçatryandır.

Belə ki, içkili olan T. Xaçatryan restoranların birində yaranmış mübahisədə atəş açıb, qonaqlardan biri yaralanıb. Xəsarət alan şəxs xəstəxanaya çatdırılıb, həyatına heç bir təhlükə yoxdur.

Tiran Xaçatryanın isə saxlanıldığı bildirilir. Məlumata görə, o, İrəvanda hotellərin birində gizlənirmiş.

İstintaq Komitəsindən “Sputnik Ermənistan”a insidentin ötən gün baş verdiyini, bir nəfərin yaralandığını təsdiqləyiblər. Digər təfərrüatlar açıqlanmır.

Qeyd edək ki, general-leytenant Tiran Xaçatryan Ermənistanın Milli Qəhrəmanıdır.