Ermənilər azərbaycanlını azadlığa buraxdılar

ermeniler-azerbaycanlini-azadliga-buraxdilar
Oxunma sayı: 7522

Ermənistanda erməni-gürcü sərhəddini qanunsuz keçməkdə ittiham edilmiş Gürcüstan vətəndaşı, milliyyətcə azərbaycanlı olan Turqay Mikayılov azadlığa buraxılıb.

“Qafqazinfo” oxu.az-a istinadən məlumat verir ki, dekabrın 23-də Ermənistanın Lori vilayətinin ümumi ədliyyə məhkəməsinin iclasında T.Mikayılov təqsirli bilinərək 5 ay müddətinə azadlıqdan məhrum edilib.

Hələ iyulun 23-dən saxlanıldığını nəzərə alaraq məhkəmə Turqay Mikayılovun azadlığa buraxılmasını qərara alıb. Müttəhimin vəkilinin xahişi ilə məhkəmə bağlı qapı arxasında keçirilib.

Xatırladaq ki, erməni tərəfinin versiyasına görə, T.Mikayılov iyulun 23-də saat 21.00 radələrində sərhəd postlarını keçərək piyada Lori vilayəti ərazisində Dzünaşoh kəndində erməni-gürcü sərhəddini keçib.

35 yaşlı Mikayılova Ermənistan CM-nin 329-cu maddəsinin 1-ci bəndi (sərhədi qanunsuz keçmə) üzrə ittiham irəli sürülüb.