Ermənilər dinc əhaliyə bu mövqedən hücum ediblər - Video

ermeniler-dinc-ehaliye-bu-movqeden-hucum-edibler
Oxunma sayı: 11777

“Diplomatik korpus nümayəndələrinin Ermənistanın işğalından azad edilmiş Füzulidəki ən güclü hərbi mövqelərindən birinə səfəri. Əsasən bu mövqedən Azərbaycanın dinc əhalisinə hücum etdilər”.

“Qafqazinfo” xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabında yazıb.

Prezidentin köməkçisi bildirib ki, Ermənistan işğalı davam etdirmək üçün bu lazımsız hərbi infrastrukturun yaradılmasına böyük sərmayə qoyub.