Ermənistan Böyük Britaniya ilə hərbi əməkdaşlıq proqramı imzalayıb

ermenistan-boyuk-britaniya-ile-herbi-emekdasliq-proqrami-imzalayib
Oxunma sayı: 1817

Londonda keçirilən ikitərəfli strateji məsləhətləşmələrdən sonra Ermənistan və Böyük Britaniya arasında 2023-2024-cü illər üçün hərbi əməkdaşlıq proqramı imzalanıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Ermənistan Müdafiə Nazirliyinin Müdafiə Siyasəti və Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Levon Ayvazyan britaniyalı həmkarlarına “Dünyanın kəsişməsi” layihəsini təqdim edib. 

Məsləhətləşmələr zamanı ikitərəfli hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.