Ermənistan daha bir KTMT iclasında iştirak etməyəcək

ermenistan-daha-bir-ktmt-iclasinda-istirak-etmeyecek
Oxunma sayı: 1795

Ermənistan parlamentinin spikeri Alen Simonyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Parlament Assambleyasının dekabrın 19-u Moskvada keçiriləcək iclasında iştirak etməyəcək.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı A.Simonyanın mətbuat katibi Tsovinar Xaçatryan açıqlayıb. 

Onun sözlərinə görə, Simonyan Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodinə rəsmi məktub ünvanlayaraq onu bu barədə məlumatlandırıb: “Ermənistan parlamentinin nümayəndə heyəti də iclasda iştirak etməyəcək”.

Xatırladaq ki, bundan əvvəl Ermənistan nümayəndə heyəti noyabrın 23-ü Minskdə keçirilən KTMT sammitində iştirak etməyib. Ermənistanın Baş naziri Nikol Paşinyan sammitdən bir müddət əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığı zamanı tədbirdə iştirak etməyəcəyini deyib. Bununla yanaşı, ölkənin XİN rəhbəri Ararat Mirzoyan da sammitə getməyib.