“Ermənistan rəhbərliyi öz əməllərinə görə məsuliyyət daşımağı bacarmalı və günahı başqasının üzərinə atmamalıdır”.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya barədə son açıqlamalarını şərh edərkən deyib.
“Siyasətçini, dövlət xadimini ölkənin maraqları barədə düşünməyən adi şəxsdən fərqləndirən cəhət budur”, - deyə Zaxarova əlavə edib.
Qeyd edək ki, Paşinyan “La Repubblica” qəzetinə müsahibəsində təhlükəsizlik sahəsində Rusiyadan asılı olmağı səhv adlandırıb. Onun sözlərinə görə, Ermənistan strateji təhlükəsizliyini qurarkən tək Rusiyaya arxalanmamalı idi.
Son xəbərlər
Son Xəbərlər