Ermənistan meyitlərini götürmək istəmir

Ermənistan meyitlərini götürmək istəmir
Oxunma sayı: 7356

"Azərbaycan humanist prinsiplərlə birtərəfli qaydada erməni əsgərlərin meyitlərin Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə Ermənistana verməyə hazırdır".

"Qafqazinfo" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter hesabında yazıb.

O bildirib ki, 18 oktyabrda Azərbaycanın meyitləri birtərəfli qaydada qaytarmağa hazır olduğunu bəyan etməyinə baxmayaraq, Ermənistan hələ də cavab vermir: "Meyitləri götürməkdən imtina real vəziyyəti gizlətmək məqsədi daşıyır".