“Ermənistan ordusu üçün Rusiya istehsalı “Su-30” qırıcı təyyarələri dövlət büdcəsi hesabına alınmayıb”.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu ölkənin keçmiş müdafiə naziri David Tonoyan 44 günlük müharibənin şərtlərini araşdıran müvəqqəti komissiyanın iclasında deyib.
Onun sözlərinə görə, bu təyyarələr hökumətin tədbirlər proqramı çərçivəsində əldə edilib.
Tonoyan bununla belə, təyyarələrə sərf olunan vəsaitlərin mənbələrini ictimaiyyətə açıqlaya bilməyəcəyini, bunu yalnız qapalı iclas zamanı deyə biləcəyini vurğulayıb.
Qeyd edək ki, məhkəmə hazırda həbsdə olan David Tonoyana komissiyanın iclasında iştirak etməyə icazə verib. İclas sabah da öz işini davam etdirəcək.
Xatırladaq ki, 4,6 milyon dollar həcmində vəsaiti mənimsəməkdə ittiham olunan D.Tonoyan artıq 1 ildən çoxdur ki, həbsdədir.