Ermənistan Sərhəd Qoşunlarının komandanı istefaya göndərildi

ermenistan-serhed-qosunlarinin-komandani-istefaya-gonderildi
Oxunma sayı: 1045

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının komandanı Edqar Unanyan vəzifəsindən azad edilib.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Prezidenti Vaaqn Xaçaturyan ölkənin Baş nazirinin təklifi əsasında Sərəncam imzalayıb. 

O bu vəzifəyə 2024-cü ilin yayında təyin edilmişdi.