Ermənistan və Azərbaycanın saxlanılanları azad etməsinə - Millerdən reaksiya

ermenistan-ve-azerbaycanin-saxlanilanlari-azad-etmesine
Oxunma sayı: 3787

“Bu, Ermənistan və Azərbaycan tərəfləri arasında etimadın möhkəmləndirilməsi tədbiridir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller sosial media hesabında yazıb.

O bildirib ki, ABŞ Ermənistan və Azərbaycanın 34 əsiri azad etməsini alqışlayır:

“Bu, tərəflərin sülh sazişini yekunlaşdırmaq və münasibətləri normallaşdırmaq üçün çalışdığı bir vaxtda mühüm etimadın möhkəmləndirilməsi tədbiridir. Biz Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı Cənubi Qafqaz xalqları üçün daha dinc və firavan gələcək üçün zəmin yaratmaq üçün birgə səylərinə görə alqışlayırıq”.