Ermənistan XİN-in Baş katibi istefaya göndərildi

ermenistan-xin-in-bas-katibi-istefaya-gonderildi
Oxunma sayı: 1329

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ölkədə yenə bir vəzifəli şəxsi istefaya göndərib.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, N.Paşinyanın qərarı ilə ölkənin Xarici İşlər Nazirliyinin Baş katibi Vaaqn Melikyan tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, Nikol Paşinyan bu yaxınlarda Armen Qriqoryanı Ermənistanın Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edərək xarici işlər nazirinin birinci müavini təyin edib.

Xatırladaq ki, Ermənistan XİN-in keçmiş rəhbəri Ara Ayvazyan mayın 27-si istefa vermişdi. Onun ardınca müavinləri də istefa verdiklərini elan etmişdilər.