Ermənistana məxsus PUA məhv edildi

ermenistana-mexsus-pua-mehv-edildi
Oxunma sayı: 8568

Oktyabrın 7-si saat 22.00 radələrində Ermənistana məxsus pilotsuz uçuş aparatı (PUA) Ermənistan-Azərbaycan dövlət sərhədinin Ağstafa rayonu sahəsində uçuş keçirməyə cəhd göstərib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunan düşmən PUA-sı dərhal məhv edilib.