Ermənistanda bir gündə iki hərbçinin meyiti tapıldı

ermenistanda-bir-gunde-iki-herbcinin-meyiti-tapildi
Oxunma sayı: 1556

Ermənistan Müdafiə Nazirliyinin mövqelərindən birində zabit meyiti aşkarlanıb.

“Qafqazinfo” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə hərbi idarənin mətbuat xidməti məlumat yayıb.

“Yanvarın 9-da saat 11:30-da Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mühafizə olunan ərazisində baş leytenant Mikael Samveloviç Danielyanın güllə yarası ilə meyiti aşkar edilib” , - məlumatda qeyd olunub.

Qeyd edək ki, bu gün saat 06:20-də Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin döyüş mövqeyində müddətli hərbi qulluqçu Karen Karapetyanın da güllə yarası ilə meyiti aşkar edilib.