“Ermənistanın bu addımı etiraz doğurub” - Zaxarova

ermenistanin-bu-addimi-etiraz-dogurub
Oxunma sayı: 3937

“Ermənistanın bu addımı Rusiyada etiraz doğurub”.

“Qafqazinfo” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova deyib.

Zaxarova Ermənistan Konstitusiya Məhkəməsinin Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunda təsbit olunmuş öhdəliklərini konstitusiyaya uyğun görməsinə münasibət bildirib: “Bu mövzu ən yüksək səviyyədə təmaslar zamanı müzakirə olunmalıdır”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Ermənistana səfər edərsə, Roma Statutuna əsasən, bu ölkədə həbs olunmalıdır.