Ersin Tatar İlham Əliyevə zəng etdi

ersin-tatar-ilham-eliyeve-zeng-etdi
Oxunma sayı: 2162

Aprelin 6-da Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Ersin Tatar Azərbaycan Milli Məclisində Şimali Kipr Türk Cümhuriyyəti ilə parlamentərarası əlaqələr üzrə işçi qrupunun yaradılmasına görə Prezident İlham Əliyevə təşəkkürünü çatdırıb.

Dövlət başçısı parlamentərarası əlaqələr üzrə işçi qrupunun yaradılmasının xalqlarımız arasında əlaqələrin daha da güclənməsinə töhfə verəcəyini qeyd edib.