Evdə iynə vurulan uşaq qəfil vəfat etdi - Yenilənib

evde-iyne-vurulan-usaq-qefil-vefat-etdi
Oxunma sayı: 2968

Bərdədə 6 yaşlı uşaq ölüb.

“Qafqazinfo” xəbər verir ki, ev şəraitində venadaxili inyeksiyadan sonra 2019-cu il təvəllüdlü Quliyeva Aylin Zaur qızının vəziyyəti pisləşib.

Bərdə Mərkəzi Xəstəxanasında həkimlərin müayinəsi zamanı uşağın öldüyü məlum olub.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda cinayət işi başlanıb. Araşdırma aparılır.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, sentyabrın 22-si 21:00 radələrində 2019-cu il təvəllüdlü şəxs (qadın) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Azyaşlının xəstəxanayaqədər ölüm faktı qeydə alınıb.

Ziya Əmirxanlı