“Evin şöhrət qapısı olan yerdə tualet tikirlər” - Parapsixoloqdan məsləhət

evin-sohret-qapisi-olan-yerde-tualet-tikirler
Oxunma sayı: 6922

Metafizik, fenşuy ustası Məryəm Teymurun “Qafqazinfo”ya müsahibəsi:

Son 20 ildə dünyanın bir çox ölkəsini gəzib fərqli millətlərin yaşam tərzlərini araşdırıram. Ən son öyrəndiyim isə metafizika və fenşuy yönüdür. 5 min il əvvələ aid olan Çində yaranmış bir elmdir. Araşdırdığım zaman fenşuyun İslam dini ilə çox gözəl bağlılığı olduğunu gördüm. Öz həyatım üçün bir çox xeyirli yönlərini tapdım. Ondan sonra da bizim kulturları qataraq  fərqli millətlər üçün istifadə etməyə başladım.

Həyatımda keçmişdə depressiya yaşayan bir qadın olmuşam. Əvvəllər çox uğursuzluqlarım olub. Ancaq araşdırmalar edərək, özüm üzərində işləyib həm özümə, həm də uşaqlarıma kömək edə bildim. Daha sonra yaxın çevrəmə kömək etdim və artıq illərdir ki, müxtəlif millətlərdə seminarlar, görüşlər keçirərək kömək etməyə çalışıram.

-Parapsixologiyanın psixologiyadan fərqli tərəfi nədir?

-Dünyada hər şey enerjidir. Bu enerjinin dalğalarının titrəşimi isə bizi var edir. Bu dalğaların da magia, psixologiya, parapsixologiya, fəlsəfə kimi yönləri var Əslində magiya latın dilindən tərcümədə təbiət deməkdir. Təbiətlə insanın harmoniyasını təşkil edir. Elm bizə yeraltı, yerüstü və göyüzünü öyrədir. Ancaq başqa enerjilər bizi daha çox aləmlərə girib yaşamağı öyrədir.

-Siz insanlara necə kömək edirsiz?

-Mən özümü enerji həkimi adlandıra bilərəm. İnsanın qismətindən, ulduzundan, astrologiyasından başqa onun yaşadığı ev, çevrəsi də çox önəmlidir. Evimiz bizim enerji, güc aldığımız əsas yerdir. Çin astrologiyası insanın həyat koduna əsasən onun şanslı yönlərini göstərir. Öz kodumdan danışsaq, klassik numeralogiya ilə mənim doğum kodumda dörd 7 var və bu hər zaman hərəkət etmək, yolda olmaq, bir şeyləri aramaq mənasında gəlir. Həqiqətən də hiperaktiv biriyəm və bu kod məni tam olaraq izah edir. Mənim də xeyli itkilərim olub. Ancaq fenşuy mənə həyatımı düzgün idarəetməyə kömək oldu.

-Belə başa düşdüm ki, insan yaşam kodunu bilməklə öz həyatını müəyyən istiqamətə yönəldə, səhvlərdən qaça bilər. Elədir?

-Bəli.

-Bəs fenşuy fəlsəfəsini öyrənmək nə qədər asandır? Hər kəs Çində bu sahəni öyrənə bilər?

-Mənim öyrənmə başlanğıcım Rusiyada başladım, daha sonra araşdırmalar məni Malaziyaya, Çinə apardı. Azərbaycanda və Rusiyada psixologiya üzrə təhsil almışam. İnsanlarla işlədiyim zaman müəyyən çətinliklər, divarlar olduğunu görürdüm. Odur ki, özümü inkişaf etdirmək üçün araşdırmalara başladım. Çin professorundan akapunktur öyrəndim, daha sonra metafizika, fenşuy, bioenerji, fəlsəfə sahələrinin hər birində bir il ölmaqla təhsil aldım. Hindistanda yoqanı öyrəndim. İndinin özündə də oxuyub araşdırıram. 3 il davamlı olaraq Avropada seminarlarım olub. Bütün dünya enerji baxımından bizim güclü olduğumuzu deyir.

-Parapsixologiyanın bir çox qolu var. Siz özünü əsas hansında görürsüz?

-Astrologiya mənə insanların keçmişini, gələcəyini görməyə kömək edir. Buna fal deyənlər də var, ancaq bu, elmdir. Magiadan, mediumdan da anlayışım var, ancaq araşdırmaq, öryənmək lazımdır. Hər insan doğulanda güclü potensial vergili doğulur. Biz içimizdəki potensial gücü açaraq həyatımızı planlaşdıra bilərik. Mediumlar ölmüş ruhlarla əlaqə saxlayır. Cindarlar enerji yolu ilə cinlərlə əlaqəyə girə bilirlər. Ekstrasenslər isə bioenerji insanlarıdır və enerji vasitəsilə gələcəyi görə bilərlər.

-Həqiqətən insanın bürcü onun gələcəyini göstərə bilir?

-Ən azından işarə verə bilər. İnsan hər şeyi dəyişdirə bilər. Astrologiyada hər hansı mənfi xəbər verilərsə, onu dəyişmək üçün hərəkətə keçmək öz əlimizdədir. Məsələn, bu gün dolunay gücü var. Kainatın bütün enerjisi bizimlədir və niyyət etmək önəmlidir.

-Müraciət edənlərin sizdən gözləntisi nə olur?

-Hər insanın enerji almağa ehtiyacı var. Evində bitməyən problemləri olan insanların əslində enerjisi bloklanıb. Əks təqdirdə cadu, əməl adlandırdığımız heç nə bizə təsir edə bilməz. Evin şöhrət qapısı cənub tərəfdi. Şöhrət qapısı da giriş qapısını sevir. Çox evdə müşahidə etmişəm ki, şöhrət qapısı olan yerdə tualet var. Bunların hər biri enerjimizə təsir edir.

-Bəs telepatiya və ya gipnoz yollarından istifadə edirsiz?

-Bəzən şüuraltı təmizləmə seanslarında müəyyən yöntəmlərdən istifadə edirik.

-2020-ci ildən nələr gözlənilir?

-Çin astrologiyasına görə siçan ili olacaq və bir yerdə durmayan, inkişafa meyilli insanlar üçün uğur gözlənilir. Artıq yeni bir dövrə, qadın dövrünə giririk. Bu da özü ilə gizlilik, sirr, hissiyat gətirir. İnsanlara evlərində cüt simvollar saxlamağı məsləhət görərəm.

Əlaqə: 0503553024