“Qafqazinfo”nun Avropa.info-ya istinadən verdiyi xəbərə görə, əsərin sujeti ilə bağlı məlumat verən Əylisli bildirib ki, onun bütün əsərləri mövzusuna görə bir-birinin davamıdır: “Ona görə də bütün əsərlərim cəmiyyətdə birmənalı qarşılanmır və müzakirə obyektinə çevrilib. Mənim hətta sovet dövründə yazdığm əsərlər bir də görürdün ki, illərlə Yazıçılar Birliyində və partiya komitələrinin iclaslarında müzakirə olunaraq tənqid atəşinə tutulurdu. O vaxt mənim yazdığım “Kür qırağının meşələri” uzun müddət partiya komitəsində müzakirə edilib. Odur ki, mənim əsərlərimə hər zaman əks fikirlər olub və təhrif edilib. Odur ki, yazdığım əsərlər insanın yaşam tərzini olduğu kimi təqdim etmişəm və ortaya əsər qoymuşam. Yoxsa bəziləri kimi yadda qalan əsəri var və yaxud bir əsər yaza bilir, sonra da durur kimisə ittiham etməyə”.
Yeni əsərə gəldikdə isə Əylisli bildirdi ki, yeni əsərdə də eyni kəndə dünyaya gələn iki həmyaşıdın yaşlı vaxtlarında bu kəndə fərqli baxışlarını əks etdirir. Bu iki şəxs kənddə məktəbdə bir yerdə oxuyub, sonra bir yerdə işləsələr də, kənd həyatına və məişətinə fərqli baxışları olur. Bax bu da əsərin əsas süjet xəttini təşkil edir”.
Ə.Əylisli onu da əlavə etdi ki, hər əsərim kimi bu əsərimin də təhrif olunacağını gözləyirəm. “Bilirsiniz niyə görə? Çünki bu gün hamının bir birinə qarşı olmasıdır. Bu gün yazıçı yazışıya, siyasətçi siyasətçiyə, musiqiçi musiqiçiyə qarşı çıxır və bir-birini ağır ittihamlarla suçlayır. Mənim də qədərimə həyatımda hər zaman təhrif olunmaq düşüb”.
Son xəbərlər
Son Xəbərlər