Faciəvi şəkildə ölən müəllimi şagirdləri yola saldı... - Foto

facievi-sekilde-olen-muellimi-sagirdleri-yola-saldi
Oxunma sayı: 13827

Martın 28-də axşam saatlarında Göygöl rayonunun Hacıməlik qəsəbəsində baş vermiş ağır qəzada vəfat edən Telman Hüseynov Kəlbəcər rayon 11 saylı orta məktəbin müəllimi imiş.

“Qafqazinfo” xəbər verir ki, "Hyundai Santa Fe" markalı avtomobilin T.Hüseynovun sürdüyü "VAZ 2106"ya çırpılması nəticəsində vəfat edən müəllim dünən yaşadığı qəsəbədə dəfn edilib. Dəfndə onun çalışdığı məktəbin şagirdlərinin də iştirak etməsi diqqəti cəlb edib.

Qeyd edək ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Nizam Rza