Fala baxan ulduzlar

fala-baxan-ulduzlar
Oxunma sayı: 1990

Xüsusilə də qızlar gündəlik bürcləri təqib edərkən ulduzlara inanıb oxuduqları bürc falının təsirində qalaraq fal uyğun gəlməsə belə bir müddətdən sonra fərqində olmadan həyatlarını ona görə tənzimləməyə başlayırlar.

Məsələn yeni tanışlıq zamanı qızların əksəriyyətinin oğlana verdiyi tale əhəmiyyətli ilk üç sualdan biri “Hansı bürcdənsən?” sualının olması günümüzün faktıdır. Əgər qız əqrəb, oğlan şir bürcündəndirsə və qız bu bürcləri tərtib edənə ata—anasından da çox inanırsa, bu iki gəncin taleyini bir-birinə göydə Allah yazsa belə qız bu yazını sırf kitabdakı bürc uyumsuzluğuna əsaslanıb pozacaq. Çünki bir kərə beyninə yeridib o kitabdakı yazıları: “Əqrəb bürcündən olan insanlarla şir bürcü altında doğulan insanların nigahları və sevgi münasibətləri uğursuzdur”. Sanki keçmişdə insanlar bürclərə görə həyat yoldaşlarını seçib və uzun bir ömrü, həyatlarının ən çətin anlarında belə biri-birilərinə sadiq qalaraq bir yerdə keçirdiblər.

Bir neçə il əvvəl bürc “manyakı” bir rəfiqəmin kitabları arasında bir kitaba sataşmışdı gözüm. Kitabda bürclərə görə cinsi uyğunluqlardan bəhs olunurdu.

Bir qonşumuz vardı. O, qədər aludəydi ki, fallara artıq Azərbaycan mediasından izlədiyi ulduz falları praqnozları onu qane etmirdi. Saatlarla Türkiyənin hansısa kanalından gedən ulduz falı proqramına baxırdı, sonra da aylarla depressiyadan çıxarda bilmirdilər onu. Amma oturub bir diqqətlə düşündüyümüz zaman bəzi məntiqli məlumatlar əldə edə bilərik. Dünyada təxminən 7 milyarda yaxın insan yaşayır və bu insanların 12 bürc qrupuna bölündüyünü fərz edərsək hər bir bürcdən olan insan sayı təxminən beş yüz səksən milyona çatar. Hər bir bürcdən olan insan sayı beş yüz səksən milyon olduğuna görə bunların həyat tərzləri, yaşadıqları mühit, genetik, sosyal quruluşları, düşüncə fərqlilikləri də mütləq olacaq. Bunların eyni kateqoriyada dəyərləndirildiyi zaman nə qədər böyük xətalar edəcəyimizin bilinməməsi üçün insanın məntiqdən, normal düşünə bilmə potensiyalından, daha doğrusu ağıldan və bir az da riyazi bilgidən uzaqlaşmış olmağı lazımdır. Deyək ki, “kahin” deyilən insanlar bu iş madii məfəətləri üçün etdiklərinə görə özlərinə görə haqlıdırlar. Ancaq əsil üzərində dayanmalı olan məsələ bu “kahinlərdən”, ya da bürcləri oxuyanlardan məlumat alaraq həyatlarını nizamlayan, aldıqları məlumatlar çərçivəsindən çıxmamağa çalışan insanlardır. Onların bu həyat biçimini mənimsəmələrinin səbəblərini uzun -uzadı müzakirə etmək lazımdır.

Ulduz falı ilə həyatlarını yoluna qoymağa çalışanların ümumiyyətlə hər mövzuda “kahinlərin” məsləhətilə iş gördükləri də bir həqiqətdir. Bu gün bir çox inkişaf etmiş ölkələrdə dövlət adamlarının belə (bir qisminin) bürclərin praqnozları ilə hərəkət etdikləri söyləntiləri duru bir ağıla sasahib olanın ağlında durğunluq yaradır. Bürclərin yazılış tərzləri də yazanlara görə dəyişikliyə uğrayır. Bilmirəm, ya mən həddindən artıq materialistəm, ya da insanlarımız əslində “fala inanma, amma falsız da qalma” nın əksinə olaraq “fala inan falsız qalma” düşüncəsindədilər. Hər nədisə anladığım bir şey var ki, bütün bunlar müasir həyatın özünü itirməyə başlamış, üstəlik ağılını və məntiqini də itirmə yolunda sürətlə irəliləyən insanların məntiqsiz şəkildə sığındıqları şeylərdir. Həyatına astroloji prqnozlara görə cədvəl quran, xeyirini, şərini tək və cüt səbrlərlə əlaqələndirən insan övladları İlham Mirzəyev demiş unutmayaq ki, aydan da ulduzdan da yuxarıda Allah dayanır.

P.S Yazını bitirən kimi Bakcelldən telefonuma belə bir mesaj gəldi: Bürcünüzü yazıb 1234-ə göndərin və gündəlik olaraq bürcünüzün sizə nələri vəd etdiyini öyrənin