Fəhlənin stadionda yıxılıb öldüyü yerdən - Fotolar

fehlenin-stadionda-yixilib-olduyu-yerden
Oxunma sayı: 5137

Xəbər verdiyimiz kimi, Tofiq Bəhramov adına Respublika Stadionunda fəhlə bədbəxt hadisə nəticəsində ölüb.

Tavanın çökməsindən sonra arenanın təmirinə cavabdeh olan podratçı ərazidə bərpa işləri aparmaq istəyərkən fəhlələrdən biri yıxılaraq ağır yaralanıb. Xəstəxanaya çatdırılan 1968-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Sulduz Şükürov orada vəfat edib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

“Qafqazinfo”nun əməkdaşı Xəyal Vəlizadənin hadisə yerindən çəkdiyi fotoları təqdim edirik.