Fəxri Konsula mükafat verildi - Fotolar

fexri-konsula-mukafat-verildi
Oxunma sayı: 3050

Xəbər verdiyimiz kimi, Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə Deputatlar qrupunun nümayəndə heyəti Vladimir Kreydenko, Qaluşko Mikola və Anton Şvaçko Bakıda işgüzar səfərdədirlər. 

“Qafqazinfo” xəbər verir ki, deputatlar səfər çərçivəsində “Ukrainian Center”də olub, onlara  Mərkəzin gördüyü işlər və layihələrin zənginliyindən danışılıb. 

Qeyd olunub ki, Ukrayna üçün Azərbaycan önəmli tərəfdaşlardan biridir. Bu səbəbdən hər iki ölkə “Ukrainian Center”i  ölkələr arasında dəhliz bilir.

Qonaqlarla birgə Mərkəzdə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski və Ukrayna Azərbaycanlıları birləşmiş diasporunun rəhbəri Hikmət Cavadov da olub.

Qonaqları Mərkəzin direktoru Oleksandr Klassen qəbul edib. Mərkəz haqqında təqdimatı Ukrayna Mərkəzinin direktor müavini Rüstəm İsgəndərli təqdim edib. 

Bundan başqa, Ukrayna Ali Radasının sədri Ruslan Stefanchukun sərəncamına əsasən "Ukraynanın beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə mühüm şəxsi töhfəsinə, Rusiyanın silahlı təcavüzü şəraitində Ukraynaya səmərəli yardımın göstərilməsini təmin etmək üçün aktiv fəaliyyətinə görə" Fəxri Fərmanı Volodymyr Kreydenko tərəfindən Ukraynanın Azərbaycandakı Fəxri Konsulu Mehrəli Qasımova təqdim edilib.