İspaniya La Liqasının 34-cü turunda “Real” “Vilyareal”la üz-üzə gəlib. “Qafqazinfo” xəbər verir ki, matç 4:4 hesabı ilə başa çatıb.
Madrid təmsilçisinin türkiyəli futbolçusu Arda Gülər bu matçda dubl edib. O, bununla həm də “Real”ın tarixinə adın yazdırıb.
Türkiyə millisinin üzvü “Real”ın heyətində La Liqada ən qısa müddət ərzində 6 qol vuran ilk futbolçu olub. O, ümumilikdə 373 dəqiqə meydanda mübarizə aparıb.