Ötən gün vəfat edən sabiq deputat Fəzail Ağamalı ilə vida mərasimi keçirilir.
“Qafqazinfo”nun məlumatına görə, Heydər məscidində təşkil olunan mərasimdə mərhumun yaxınları, siyasətçilər və ictimaiyyət nümayəndələri iştirak edir.
Vida mərasimindən sonra cənazə dəfn olunmaq üçün Ramana qəbiristanlığına (Gülçülük sovxozu adlanan ərazidə yerləşir) aparılacaq.
***
F.Ağamalı ilə vida mərasimi başa çatıb. Mərhum dəfn olunmaq üçün Ramana qəbiristanlığına aparılıb.
***
Mərhum deputat Ramana qəbiristanlığında dəfn edilib.
Qeyd edək ki, uzun illər siyasi fəaliyyətlə məşğul olan 79 yaşlı F.Ağamalı dünən Türkiyədə vəfat edib. O, 35 il Ana Vətən Partiyasına rəhbərlik edib. Bu yaxınlarda partiyanın sədri vəzifəsinə onun qızı Günay Ağamalı seçilib.
Sail Ağasəlim
Foto: Xəyal Vəlizadə






Son xəbərlər
Son Xəbərlər