Kipr klubu 19 yaşlı azərbaycanlı futbolçunu istəyir

kipr-klubu-19-yasli-azerbaycanli-futbolcunu-isteyir
Oxunma sayı: 614

“Neftçi”nin üzvü Murad Məmmədov Kiprin “Aris” klubunun maraq dairəsinə düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Kiprin sport-fm.com.cy saytı məlumat yayıb. 

Limassol təmsilçisi 19 yaşlı yarımmüdafiəçini yayda heyətinə qatmaq istəyir. 

Qeyd edilir ki, Azərbaycanın U-21 millisinin üzvü olan Məmmədovun “Neftçi” ilə müqaviləsi bu il 30 iyunda başa çatır.